525.Az

Almaniya qanunsuz miqrasiya ilə mübarizəni gücləndirir


 

Almaniya qanunsuz miqrasiya ilə mübarizəni gücləndirir<b style="color:red"></b>

Almaniya Avstriya, İsveçrə, Çexiya və Polşa sərhədlərində başladığı nəzarətləri bir müddət Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarkanı da əhatə edəcək şəkildə genişləndirib.

525.az “TRT HABER”ə istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyi buna səbəb kimi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni göstərib. Nazirlik sərhəd nəzarətinin Almaniya ilə bu ölkələr arasında gediş-gəliş edənlərin gündəlik həyatına, ticarətinə və səyahətinə mümkün qədər az təsir göstərməsi üçün səylərin göstəriləcəyini bildirib.

Qeyd edək ki, Almaniyanın indiyədək həyata keçirdiyi sərhəd nəzarəti zamanı 30 min insanın ölkəyə girişinin qarşısını alıb və sərhədlərdə 1300-dən çox qaçaqmalçı saxlanılıb.

Ləman İlkin

 





17.09.2024    çap et  çap et