Yeni araşdırmaya görə dünya əhalisinin üçdə ikisi yaxın 20 ildə ekstremal hava dəyişiklikləri ilə üzləşəcək.
525.az “TRT Haber” istinadən xəbər verir ki, Norveçdəki Beynəlxalq İqlim Tədqiqatları Mərkəzindən (CICERO) fizik Bjorn Samset ən yaxşı ehtimalda belə, sürətli dəyişikliklərin 1,5 milyard insana təsir edəcəyini bildirib.
Bununla belə, bu ehtimal istixana qazı emissiyalarını sürətlə azaltmaqla mümkündür. Əgər bu baş verməsə təhlükəli hava dəyişikliklərinin dünya əhalisinin 70 faizinə təsir edəcəyini proqnozlaşdırır.
Woodwell İqlim Tədqiqat Mərkəzindən iqlimşünas Cenifer Frankis: "Biz sanki müharibə zonasında yaşayırıqmış kimi davamlı bomba və atəş partlayışlarına qarşı səssiz qalırıq", - deyib.
Ləman İlkin
çap et