"TikTok", "ByteDance" tərəfindən satılmadığı təqdirdə ABŞ-də qadağan edilməsinə səbəb olacaq bir qanunun istifadəçilərin ifadə azadlığına "böyük" təsir edəcəyini iddia edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, qanun ABŞ istifadəçilərinin məlumatlarının Çin hökuməti tərəfindən istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən gündəmə gətirilib.
"TikTok" və "ByteDance" dəfələrlə Çin hökuməti ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, şirkətlər mayın əvvəlində qanunun konstitusiyaya zidd olduğunu və ABŞ-də 170 milyon "TikTok" istifadəçisinin ifadə azadlığına mane olduğunu əsas gətirərək bu qanunu ləğv etmək üçün məhkəməyə müraciət etmişdilər.
Malik Atilay
çap et