Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən elektrik qatarları ilə rekord sayda səfər qeydə alınıb.
525.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, ötən gün Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37 minə yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.