İspaniyada Vətəndaş Qvardiyası 4 nəfərlik cinyatıkar dəstəni zərərsizləşdirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvadalkvivir çayında hərəkət edən katerə baxış keçirilərkən, orada nə az, nə çox, 5,4 ton narkotik maddə olan həşiş aşkarlanıb.
Saxlanılanlardan birinin alban əsilli narkobaron olduğu məlumdur. Amma onun adı açıqlanmır.
Güman ki, bu, alban-kosovo cinəyatkar qruplaşmasının başçısı Haredin Feyzulladır.
O, ailə üzvləri və qohumlarından ibarət qrup yaradaraq 2014-18-ci illər aralığında narkotik bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olub. Belçika hökuməti ona 29 il həbs cəzası kəsib və beynəlxalq axtarışa verib.
Qeyd edək ki, 59 yaşlı Haredin Feyzulla cinayətkar qrup yaratmaqda, narkotiklərin qanunsuz dövriyyəsində, saxta sənədlərin hazırlanmasında, ümumilikdə 13 maddə ilə ittiham olunub.
L.Tağıyeva
çap et