525.Az

AFFA üç klubu cərimələdi


 

AFFA üç klubu cərimələdi<b style="color:red"></b>


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Misli Premyer Liqasının 6-cı turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 6-cı turunun “Şamaxı” – “Sumqayıt” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı”  700 manat cərimə edilib.

Misli Premyer Liqasının 6-cı turunun “Şamaxı” – “Sumqayıt” oyununda qonaq komandanın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.

 





17.09.2024    çap et  çap et