Bakı Dövlət Universitetində (BDU) iki yeni elektron tədris auditoriyası istifadəyə verilib.
BDU-dan 525.az-a bildirilib ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev son zamanlar universitetdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atıldığını söyləyib.
O qeyd edib ki, elektron tədris auditoriyalarının istifadəyə verilməsi BDU-da tədris prosesinin elektron idarəedilməsi istiqamətində olan işlərdən biridir. Yüzədək kompüterlə təchiz olunan auditoriyalarda müxtəlif dərslər və imtahanlar keçiriləcək. Yaxın zamanlarda BDU-da belə otaqların sayının artırılması nəzərdə tutulur.
Rektor vurğulayıb ki, BDU-da elektron sənəd dövriyyəsi də artıq başa çatdırılıb: “Elektronlaşma günün tələblərindən biridir. BDU-da elektron kadr sistemi üzərində də işlər bitmək üzrədir. BDU-nun yeni saytı da artıq hazırdır, yaxın zamanlarda istifadəyə veriləcək”.
Sevinc Qarayeva