Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 54 min 465 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən 525.az-a bildirilib ki, müraciətlərin 38 min 873-ü çağrı mərkəzləri, 372-si sosial media, 4778-i vatsap vasitəsilə olduğu halda, 2122-si elektron, 1316-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 7004 müraciət qeydə alınıb.
Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, müəllimlərin işə qəbulu, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub.
Sevinc Qarayeva