525.Az

Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək


 

Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək <b style="color:red"></b>

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndələri ilə Tbilisiyə sanksiyaların tətbiqi məsələsini müzakirə edəcək.

525.az "Report"-a istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“Biz bütün mövzuları müzakirə edəcəyik”, - İ.Kobaxidze qeyd edib.

Xatırladaq Kİ, ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Onlar Gürcüstan Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri və “Alt-İnfo” media platformasının liderləridir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ həmçinin 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə qarşı “demokratiyaya xələl gətirmə” iddiası ilə viza məhdudiyyətləri tətbiq edəcək.

 





17.09.2024    çap et  çap et