525.Az

“Zurabişvili seçki qanunvericiliyini kobud şəkildə pozur” - Kobaxizde


 

“Zurabişvili seçki qanunvericiliyini kobud şəkildə pozur” - <b style="color:red"> Kobaxizde</b>

“Gürcüstan prezidenti Salome Zurabişvili seçki qanunvericiliyini kobud şəkildə pozur”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstan konstitusiyasına görə, Prezident partiyasız olmalıdır. Bu o deməkdir ki, o, seçki proseslərinə qarışmamalıdır. Lakin biz əksini görürük. Bu, təbii ki, seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Prezidentin dəstəklədiyi radikal müxalifət birbaşa gürcü xalqının dəyərlərinə və respublikanın milli maraqlarına qarşı çıxır.

İbrahim Cəfərov

 





17.09.2024    çap et  çap et