525.Az

Renat Dadaşovun komandasında yeni baş məşqçi


 

Renat Dadaşovun komandasında yeni baş məşqçi<b style="color:red"></b>

Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilir. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib. Ankara təmsilçisi "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu ilə də danışıqlar aparırdı.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun komandası Türkiyə 1-ci Liqasının turnir cədvəlində 13-cü yerdədir. 

 





17.09.2024    çap et  çap et