Madridin Komplutense Universitetinin asteroidləri öyrənən mütəxəssisləri yaxın günlərdə Yerin yeni peykinin olacağını bildiriblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, planetimizə yaxınlaşan kiçik asteroid Yerin cazibə qüvvəsinə tabe olaraq 1 dəfə planeti dövr etdikdən sonra fərqli istiqamətdə uzaqlaşacaq.
Bu isə o deməkdir ki, həmin asteroid qısa müddətə Yerin peyki olacaq.
Ümumiyyətlə, astronomlar bu tip hallarla tez-tez rastlaşırlar. Yerin cazibə qüvvəsi müxtəlif göy cisimlərini hətta uzun müddətə ətrafında dövr etməyə məcbur edir.
Məsələn, 2006-cı ildə Yerə yaxınlaşan asteroidlərdən biri 1 il ərzində planetimizin ətrafında dövr edib.
Digəri isə bir neçə il Yer ətrafında "gəzintidən" sonra planetin orbitini 2020-ci ildə tərk edib.
Qeyd edək ki, 2024 PT 5 adlandırılan asteroidin diametri cəmi 10 metrdir. Yeri gəlmişkən, alimlər onun Yerə düşmə ehtimalının olmadığını hesablayıblar.
L.Tağıyeva
çap et