Yaponiyanın "Yamaha Motors" şirkətinin prezidenti Yoşihiro Hidaka bıçaqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs kimi Hidakanın qızı saxlanılıb.
Hadisə Hidakanın evində baş verib. Polisə zəng edən qız atasının onu vurduğunu bildirib. Hadisə yerinə gələndə atanın bıçaq xəsarəti aldığı məlum olub.
61 yaşlı Hidaka xəstəxanaya, 33 yaşlı qızı isə polis bölməsinə aparılıb. Cinayət işi qaldırılıb, araşdırma aparılır.
Qeyd edək ki, "Yamaha Motors"un istehsal etdiyi motosikletlər bütün dünyada məşhurdur. 1978-ci ildə burada işə başlayan Yoşihiro Hidaka 2018-ci ildən şirkətin rəhbəridir.
L.Tağıyeva
çap et