Bu gün səhər naməlum silahlı şəxslər Malinin paytaxtı Bamakoda yerləşən hərbi lagerə basqın ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mali Ordusunun rəsmilərinin açıqlamasına görə, hücum dəf edilib, terrorçuların jandarmeriyanın tədris hissəsini ələ keçirmək cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, açıqlamada basqınçıların kimliyi, sayı və itkilər barədə məlumat verilmir.
L.Tağıyeva
çap et