Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 25-də Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
525.az-a Dövlət komitəsindən bildiriblər ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Ağcabədi Rayon Təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213 A) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (050) 315 53 52, (021) 275 52 00, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.