İranın Beyrutdakı səfirliyi səfir Modjtaba Əmaninin peycerin detonasiyası nəticəsində görmə qabiliyyətini itirməsi barədə yayılan xəbəri təkzib edib.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
Halbuki daha əvvəl “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusundakı mənbəyə istinadən səfirin bir gözünü itirdiyini, digərinin isə ciddi xəsarət aldığı barədə məlumat yaymışdı. “Həmyerlilərimizin və media nümayəndələrinin nəzərinə çatdırırıq ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir. Cənab səfirin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan xəbərlər yalandır”, - deyə İranın Beyrutdakı səfirliyinin rəsmi açıqlamasında bildirilir.
Xatırladaq ki, dünən Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.
İbrahim Cəfərov