525.Az

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb


 

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb<b style="color:red"></b>

Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək bir gün əvvəl saxlanılan sabiq vəkil Elman Paşayev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Moskva Qarnizonu Hərbi Məhkəməsinə aparılıb.

525.az bu barədə “Report”-a istinadən xəbər verir.

“Məhkəməyə Elman Paşayevin həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının vəsatəti daxil olub”, - məlumatda bildirilib.

Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.

 





18.09.2024    çap et  çap et