Sentyabrın 18- də paytaxtda və bölgələrdə Milli Musiqi Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub. Xətai rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbdə Milli Musiqi günü ilə bağlı tədbir təşkil olunub.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə 44 günlük müharibədə vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqə sükutla yad edilib. Daha sonra məktəbin 4-cü sinif şagirdlərinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” operretalarından səhnəciklər, rəqs və musiqi nömrələri təqdim olunub. Azyaşlıların çıxışı zalda maraqla qarşılanıb.
Daha sonra şagirdlər Dahi bəstəkarın Fəxri Xiyabandakı qəbirüstü abidəsini ziyarət ediblər.