525.Az

Özbəkistanda qaz yatağında qəza baş verib, ölənlər var


 

Özbəkistanda qaz yatağında qəza baş verib, ölənlər var<b style="color:red"></b>

Özbəkistanın Baysun rayonundakı “25 il Müstəqillik” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.

Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı hadisədir.

“Biz yeddi müxtəlif növ qazı ölçürük, lakin normativlərin aşılması halları olmayıb”, - nazir müavini bildirib.

 





18.09.2024    çap et  çap et