525.Az

Finlandiya prezidenti BMT TŞ-da islahatların zəruriliyindən danışıb


 

Finlandiya prezidenti BMT TŞ-da islahatların zəruriliyindən danışıb<b style="color:red"></b>

Finlandiya prezidenti Aleksandr Stubb BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatların aparılmasına çağırış edib.

525.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Onun təkliflərinə TŞ-nın tərkibinin genişləndirilməsi, istənilən dövlətin veto hüququnun ləğvi, Moskva ilə Kiyev arasındakı münaqişəyə bənzər hərbi əməliyyatlarda iştirak edən ölkələrin xaric edilməsi daxildir.

Stubb BMT-nin qarşıdan gələn Baş Assambleyasında təşkilatda islahatların aparılması çağırışlarını dəstəkləyəcəyini bildirib: “Ukraynada Rusiyanın apardığı kimi münaqişə ilə məşğul olan istənilən üzv Təhlükəsizlik Şurasından xaric edilməlidir”.

Finlandiya prezidenti, həmçinin qeyd edib ki, heç bir dövlət BMT TŞ-da veto hüququna malik olmamalıdır.

Bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahat Afrika ölkələrindən birinə daimi üzvlük yerinin ayrılması ilə başlamalıdır.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü  var: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa. 10 qeyri-daimi üzv isə iki il müddətinə seçilir.

Pərvanə Sultanova

 





18.09.2024    çap et  çap et