https://525.az/img/pics/medium/2025-07/358784_j32ebr47l2.jpg “525-ci qəzet”in 11 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-07/358727_txpy5n4ioy.png Ruh və düşüncə doğmalığı
https://525.az/img/pics/medium/2025-07/358725_e0lxxr7c16.jpg Hər zaman öndə
https://525.az/img/pics/medium/2023-07/276614_dv265nnrap.jpg Mifin yaddaşı - tarixin sınağı - Loğman Rəşidzadə yazır
search
10 İyul 2025

"Kəpəz"dən yeni transfer

"Kəpəz"dən yeni transfer

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kəpəz” Dioqo Verdaska ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. 27 yaşlı portuqaliyalı futbolçu müdafiəçi mövqeyində çıxış edir.

Dioqo Verdaskanın son klubu İspaniyanın Sequnda (La Liqa 2) təmsilçisi “Mirandes” olub. "Portu"nun yetirməsi olan futbolçu İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.

Qeyd edək ki, Gəncə klubu bu mövsüm Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa, Orxan Əliyev, Rauf Hüseynli, Turan Manafov və Valdemar Almeydanı da transfer edib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.