Hindistanın şimalındakı Uttar Pradeş ştatında 3 mərtəbəli binanın uçması nəticəsində 10 nəfər ölüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağışın təsirli olduğu 3 mərtəbəli bina çöküb.
Hadisədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Səlahiyyətlilər binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.
Malik Atilay