525.Az

Kiyevdə yenə də hərbçilərin avtomobilləri yandırıldı


 

Kiyevdə yenə də hərbçilərin avtomobilləri yandırıldı<b style="color:red"></b>

Ukraynada hərbçilərə məxsus şəxsi avtomobillərin yandırılması davam edir.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gün Kiyevdə bir neçə avtomobil yandırılıb. 

Yanğınlar Minsk massivi deyilən ərazidə törədilib. 2 gün əvvəl isə 3 avtomobil məhv edilib. 

Ümumiyyətlə, indiyə kimi Ukraynada hərbi qulluqçulara məxsus 200-dən çox avtomobil yandırılıb.

Polis cinayətkarların bir hissəsini həbs etsə də, çoxunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, saxlanılanların əksəriyyəti yeniyetmələrdi. Onlar tanımadıqları insanların təklif etdiyi müəyyən məbləğ qarşılığında bu əməli törətdiklərini etiraf ediblər.

L.Tağıyeva

 





18.09.2024    çap et  çap et