AFFA-nın sabiq icraçı virse-prezidenti Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunub.
525.az qurumun saytına istinadən xəbər verir ki, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib. O, yeni vəzifəsinin icrasına bu il noyabrın 1-dən başlayacaq.
Məlumatda bildirilib ki, bu vəzifə yüksəlişi onun FİFA Avropa Milli Assosiasiyaları Departamentinin direktoru kimi yenilikçi yanaşması və güclü iş etikasını geniş şəkildə tanıtması ilə əlaqədardır.
“Elxan irəli çəkilməyə tamamilə layiqdir. O, ardıcıl olaraq liderlik, yaradıcılıq və bütün dünyada futbolun inkişafına dərin bağlılıq nümayiş etdirib. Biz onun bu yeni vəzifədə uğurlarının davamını gözləyirik”, - deyə FİFA-nın baş katibi Mattias Qrafström bildirib.
Hazırda E.Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışır.