Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə Rusiyaya səfər edəcək.
525.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayı və Beynəlxalq Müsəlman Forumunun “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” mövzusunda XX yubiley iclasında iştirak edəcək.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək forumda beynəlxalq dini qurumların rəhbərləri, elmi-tədqiqat və təhsil müəssisələrinin aparıcı alimləri, xarici ölkələrin dövlət orqanları və ictimai təşkilatlarının nümayəndələri, həmçinin digər ənənəvi dinlərin təmsilçiləri qatılacaqlar.
Sevinc Qarayeva