525.Az

Zaqreb "Dinamo"sunun baş məşqçisi


 

Zaqreb "Dinamo"sunun baş məşqçisi<b style="color:red"></b>

Xorvatiyanın “Dinamo” klubu baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib. Mütəxəssislə  müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. 

Xatırladaq ki, komanda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşıb.

 





19.09.2024    çap et  çap et