Tailandda piton yaşlı qadına hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Samutprakan əyalətində baş verib.
Böyük piton 64 yaşlı tibb bacısına evinin yaxınlığında hücum edib, dişlədikdən sonra bir neçə dəfə ona sarılıb. Özünü itirməyən qadın pitonun onu boğmaması üçün əlindən gələni edib. Tək yaşadığından onun köməyə çağırışını gec eşidiblər. Təsadüfən ərazidən keçən qonşusu xilasedicilərə xəbər verib və qadın ölümün pəncəsindən qurtulub.
Qeyd edək ki, 20 kq-lıq pitonla 2 saat mübarizə aparan qadın bir neçə dişlək yarası ilə xəstəxanaya yerləşdirilib.
L.Tağıyeva
çap et