525.Az

Hindistan tərəfdaşları ilə Ukraynada sülh planını müzakirə edir


 

Hindistan tərəfdaşları ilə Ukraynada sülh planını müzakirə edir<b style="color:red"></b>

Hindistan bir sıra mühüm tərəfdaşlar və dövlət liderləri ilə Ukraynadakı münaqişənin həllini müzakirə edir.

525.az xəbər verir ki, bunu Hindistanın xarici işlər nazirinin müavini Vikram Misri deyib.

“Hindistanın sülhməramlı roluna, bizim tərəfdaşlarımızla və ya çoxtərəfli platformada Ukrayna üzrə sülh formulunu təklif edə biləcəyimizə gəlincə, deyə bilərəm ki, sülh təklifi üzərində işləyirik. Hazırda bir neçə mühüm tərəfdaş və liderlə danışıqlarda iştirak edirik”, - o deyib.

Misrinin sözlərinə görə, danışıqlar davam edir və onların nəticələri barədə məlumat lazımi veriləcək: “Hazırda liderlərlə konkret görüşlər hazırlanır və bu görüşlər sentyabrın sonunda BMT platformasında baş tutmalıdır”.

Bundan əvvəl xarici işlər naziri Subramanyam Caişankar bildirib ki, Hindistan münaqişənin həlli üçün həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmaq imkanına malik olan nadir ölkələrdən biridir.

Pərvanə Sultanova

 

 





19.09.2024    çap et  çap et