525.Az

Avropa Parlamenti Maduronun həbsinə order verilməsinə çağırıb


 

Avropa Parlamenti Maduronun həbsinə order verilməsinə çağırıb<b style="color:red"></b>

Avropa Parlamenti (AP) Venesuela prezidenti Nikolas Maduronun həbsinə beynəlxalq order verilməsinə və müxalifət lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınmasına çağırıb.

525.az xəbər verir ki, bu barədə AP-nin qətnaməsində deyilir.

“Biz Aİ-ni və üzv dövlətləri insanlığa qarşı cinayətlərinə görə Nikolas Maduro barədə beynəlxalq həbs qərarı çıxarılmasını tələb edirik”, - açıqlamada vurğulanıb.

Bundan əlavə, Avropa Parlamentinin deputatları Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaları bərpa edəcəklər.

Sentyabrın 2-də ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin onun sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.

Venesuela hakimiyyəti isə ABŞ-ı piratçılıqda ittiham edib.

Pərvanə Sultanova

 





19.09.2024    çap et  çap et