525.Az

Kamala Harrisin mətbuatla ünsiyyətinə məhdudiyyət qoyulub


 

Kamala Harrisin mətbuatla ünsiyyətinə<b style="color:red">  məhdudiyyət qoyulub</b>

Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd olan Kamala Harrisin seçki qərargahı onun mətbuatla ünsiyyətini məhdudlaşdırır.

525.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr xatırladır ki, Harrisin prezidenliyə namizəd olmasından 59 gün ötüb və bu müddətdə o, cəmi 3 dəfə müsahibə verib. Halbuki son 2 ayda Kamalanın rəqibi olan Donald Tramp müsahibə və mətbuat konfransları birlikdə olmaqla 70 dəfə jurnalistlərlə ünsiyyət qurub. “Harrisin komandası mətbuatla ünsiyyətə məhdudiyyət qoyulmasını düzgün strategiya hesab edir. Bu, reportyorları məyus etsə də”, - deyə məlumatda bildirilir.   

Kamala Harrisin komandasının bu qərarı səbəbsiz deyil. Belə ki, onun vitse-prezident kimi fəaliyyətinin ən pis anları müsahibələr zamanı, vacib məsələlərlə bağlı qeyri-adekvat və ya qeyri-müəyyən şərhlər verdiyi zaman yaşanıb. Bu səbəbdən də indi Harrisin komandası oxşar vəziyyətlərdən qaçmağa çalışır.

Portal onu da yazır ki, bu cür yanaşma risklidir. Çünki sorğular göstərir ki, seçicilərin bir çoxu Kamala Harrisi yaxşı tanımadıqlarını bildirirlər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

İbrahim Cəfərov

 





19.09.2024    çap et  çap et