525.Az

Danimarka kraliçası xəstəxanaya yerləşdirilib


 

Danimarka kraliçası xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Danimarka kraliçası II Marqrete (tam adı Marqarita Aleksandrina Tourhildyur İnqrid - red.) Fredensborqdakı iqamətgahında yıxıldığı üçün xəstəxanaya yerləşdirilib.

525.az xəbər verir ki, bu barədə “Ritzau” qəzeti məlumat yayıb.

“Kraliçanın vəziyyəti yaxşıdır, lakin o, hazırda həkim nəzarəti altındadır”, - deyə sarayın sözçüsü bildirib.

Həmçinin qeyd olunub ki, kraliçanın səhhəti ilə bağlı yenilik olduğu zaman kral ailəsi bu barədə açıqlama verəcək.

Xatırladaq ki, bu ilin yanvarında II Marqrete taxtdan imtina etdikdən sonra onun oğlu X Federik Danimarkanın yeni kralı olub. Buna qədər kraliça 52 il ölkəni idarə edib və o, kral ailəsinin üzvləri arasında hakimiyyətdə ən uzun müddət qalan şəxsdir.

İbrahim Cəfərov

 





19.09.2024    çap et  çap et