525.Az

“ABŞ-nin sanksiyaları ölkəyə qarşı hücumdur” - Gürcüstan parlamentinin spikeri


 

“ABŞ-nin sanksiyaları ölkəyə qarşı hücumdur” - <b style="color:red"> Gürcüstan parlamentinin spikeri</b>

“ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı sanksiya tətbiq etməsi ölkəyə qarşı hücumdur”.

525.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Spikerin sözlərinə görə, hər bir ölkədə polis əməkdaşları dövlətin siması və nümayəndəsidir.

“Bu səbəbdən də polisə hücum dövlətə hücum deməkdir”, - deyə Papuaşvili əlavə edib.

Gürcüstan parlamentinin spikeri vurğulayıb ki, qəbul olunmuş sanksiyaların ləğvi Gürcüstan və ABŞ arasında münasibətlərin  yenidən başlaması üçün şərtdir.

Xatırladaq ki, iyunun 6-da ABŞ “Xarici agentlər haqqında qanun” əleyhinə keçirilən aksiyaların dağıdılması səbəbindən gürcü siyasətçilərinə və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. 16 sentyabrda isə onların siyahısına Gürcüstanın daxili işlər naziri Zviad Xarazişvili və onun müavini Mileri Laqazaurinin də adı əlavə edilib. Ağ ev Gürcüstan hakimiyyətinin hərəkətini “söz azadlığının qəddarcasına boğulması” adlandırıb.

İbrahim Cəfərov

 





19.09.2024    çap et  çap et