525.Az

Baş katib müdafiə xərclərini artırmağa çağırıb


 

Baş katib müdafiə xərclərini artırmağa çağırıb<b style="color:red"></b>

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, hazırkı şərtlərlə Şimali Atlantika Alyansına üzv olan ölkələrdə ÜDM-in 2%-nin müdafiəyə xərclənməsi artıq kifayət etmir. İnvestisiyaların artırılmasına ehtiyac var.

525.az xəbər verir ki, bu barədə baş katibin alyansın saytında yayımlanan müsahibəsində qeyd olunub.

"Bu, təhlükəsizliyimizi təmin etmək üçün kifayət deyil. Pul nə qədər çox olarsa, alyans ölkələrinin müdafiəsi bir o qədər güclü olar", - Stoltenberq deyib.

Onun sözlərinə görə, vəsait nə qədər çox olarsa,  çəkindirmə sistemi də daha effektiv işləyər  və təhlükəsizlik daha yüksək səviyyədə olar. O vurğulayıb ki, blokun hərbi gücünü artırmaq üçün yeni planlar daha çox xərc tələb edir.
Pərvanə Sultanova 

 





19.09.2024    çap et  çap et