ABŞ-nin Mertl-Biç kurort şəhərində havaya qalxan kiçik mühərrikli "Diamond DA40" təyyarəsinin qapısı açılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, pilot idarəetməni itirməyərək, eniş edə bilib. Təyyarədə olan pilot və sərnişin xəsarət almayıb.
Təyyarənin qapısı isə qırılaraq yaşayış evlərinin birinin həyətinə düşüb.
Qeyd edək ki, bənzər hadisə mart ayında da baş vermişdi. "Mooney M20" markalı yüngül mühərrikli təyyarə Sent-Oqastin şəhəri yaxınlığında havaya qalxdıqdan sonra qapısı açılmış, təyyarə aeroport yaxınlığında meşə sahəsinə düşmüşdü. O vaxt təyyarədə olan pilot və sərnişin həlak olmuşdu.
L.Tağıyeva
çap et