525.Az

Fransanın yeni hökumətində müdafiə və xarici işlər nazirlərinin adları açıqlandı


 

Fransanın yeni hökumətində müdafiə və xarici işlər nazirlərinin <b style="color:red"> adları açıqlandı</b>

Sebastyan Lekornyu Fransanın yeni hökumətində də müdafiə naziri vəzifəsini qoruyub saxlayacaq.

525.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Həmçinin bildirilib ki, buna qədər Xarici İşlər Nazirliyində Avropa məsələləri üzrə nümayəndə vəzifəsini tutan Jan-Noel Barro Fransanın yeni xarici işlər naziri olacaq.

Baş nazir Mişel Barnyenin tezliklə ölkə prezidenti Emmanuel Makrona hökumət vəzifələrinə 38 namizədin siyahısını təklif edəcəyi gözlənilir.

Daha əvvəl bildirilmişdi ki, Barnye siyasi partiya rəhbərləri ilə görüşdə yeni hökuməti formalaşdıra bilməsə, istefa verəcək.

O da qeyd olunur ki, Makron Nazirlər Kabinetinin tərkibinin formalaşdırılması prosesinə müdaxilə edir.

İbrahim Cəfərov

 





20.09.2024    çap et  çap et