Fransız hava yolu şirkəti "Air France" Livanda peycerlərin partladılmasından sonra bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livan və İsrailə uçuşları sabaha qədər dayandırdığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, "Air France" bölgədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək Parisdən Beyrut və Təl-Əvivə bütün uçuşların sabaha qədər ləğv edildiyini açıqlayıb.
"Air France" qeyd edib ki, uçuşların bərpası yerlərdə vəziyyətin gündəlik qiymətləndirilməsindən asılı olacaq.
Şirkətdən bildirilib ki, uçuşları ləğv edilən müştərilərə məlumat veriləcək və biletlərinin pulu geri qaytarılacaq və ya sonraya təxirə salınacaq.
Malik Atilay
çap et