525.Az

Rusiya: Ukrayna 54 PUA ilə torpaqlarımıza hücum edib


 

Rusiya: Ukrayna 54 PUA ilə torpaqlarımıza hücum edib<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında 54 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən hücumla bağlı verilən açıqlamada bildirilib ki, “Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki terror obyektlərinə təyyarə tipli PUA-lardan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb”.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 54 PUA-nı zərərsizləşdirdiyi, Kursk vilayətində 27, Bryansk vilayətində 16, Smolensk vilayətində 7, Belqorod vilayətində 3 və Orel vilayətində 1 PUA-nın vurulduğu bildirilib. 

Digər tərəfdən, Tver vilayəti administrasiyasından verilən açıqlamaya görə, Toropets şəhərində qəzaya uğrayan PUA dağıntılarının və bunun nəticəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Tver vilayətinin qubernatoru İqor Rudenya PUA-nın Rusiya ərazisinə hücumlarının qarşısı Rusiya Silahlı Qüvvələrinin müdafiə sistemləri tərəfindən alındığını və PUA-ların düşdüyü yerlərdə yanğınların baş verdiyini bildirib. Yanğının baş verdiyi ərazidə yaşayan insanların təxliyə edildiyini bildirən Rudenya, yanğın söndürmə işlərinin davam etdiyini bildirib.

Rudenya təxliyyə edilən mülki şəxslərin müvəqqəti sığınacaqlara yerləşdirilməsinə və yardımların təşkilinə göstəriş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə gecə yarısı Toropets şəhərində baş verən partlayış nəticəsində nəhəng yanğının baş verdiyi görüntüləri əks olunub.

Malik Atilay 

 





19.09.2024    çap et  çap et