Çinin Quandun əyalətində ötən gün məktəbə gedərkən yolda bıçaqlı hücuma məruz qalan 10 yaşlı Yaponiya vətəndaşının dünyasını dəyişdiyi bildirilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, hökumət sözçüsü Hayaşi Yoşimasa, hücumdan sonra xəsarətlərlə xəstəxanaya yerləşdirilən uşağın öldüyünü açıqlayıb.
Uşağın ölümündən dərin kədərləndiklərini ifadə edən sözçü Hayaşi, Çin səlahiyyətlilərindən hadisə ilə bağlı məlumat paylaşmalarını və ölkədəki Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmələrini istədiklərini bildirib.
Yaponiyanın Quançjoudakı baş konsulu Yoşiko Kijima, cinayətkarın Yaponiya vətəndaşı olduğu üçün uşağı hədəf alıb-almadığının araşdırıldığını bildirib.
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko ibtidai sinif şagirdinə edilən hücumu pisləyərək, bunu "alçaq hərəkət" adlandırıb və hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib. Kamikava, Pekin rəhbərliyindən Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərməsini istədiklərini və oxşar hadisələrin təkrarlanmaması üçün Yaponiya səlahiyyətlilərinə lazımi tədbirləri görməyi tapşırdıqlarını bildirib.
Malik Atilay
çap et