525.Az

Rusiya səfiri Britaniya XİN-ə çağrılıb


 

Rusiya səfiri Britaniya XİN-ə çağrılıb<b style="color:red"></b>

İngiltərə Rusiyanın Londondakı səfiri Andrey Kelini Rusiyanın 6 ingilis diplomatının akkreditasiyasını ləğv etməsindən sonra pis niyyətli və qəsdən hücum kampaniyası keçirdiyini əsas gətirərək Xarici İşlər Nazirliyinə çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü yazılı açıqlamada Rusiyanın İngiltərəyə qarşı əsassız hücum kampaniyasını, o cümlədən keçən həftə Britaniya diplomatlarına qarşı pis niyyətli və tamamilə əsassız ittihamları "pislədiklərini" bildirib.

Sözçü bu münasibətin Rusiyanın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə birbaşa zidd olduğunu vurğulayıb.

Bu cür davranışın "tamamilə qəbuledilməz", son dərəcə qeyri-peşəkar və dövlətlər arasında davranış standartlarından aşağı olduğunu vurğulayan mətbuat katibi: “Bu, dezinformasiya, Avropada təxribat aktları və Rusiyadakı diplomatik nümayəndəliklərimizə birbaşa təzyiq və məhdudiyyətlər vasitəsilə Böyük Britaniyanın təhlükəsizliyini və demokratiyasını sarsıtmaq və təhdid etmək və Ukraynaya dəstəyimizi əngəlləmək üçün Rusiyanın məqsədyönlü kampaniyasının son mərhələsidir”, - deyib.

Açıqlamada Rusiyanın Böyük Britaniyaya qarşı açıq hücum kampaniyasından sonra Rusiya səfiri Kelinin İngiltərə Xarici İşlər Nazirliyinə çağırıldığı da paylaşılıb.

Malik Atilay 

 





19.09.2024    çap et  çap et