ABŞ-nin müdafiə naziri Lloyd Ostinin sentyabrın 22-də İsrailə planlaşdırılan səfərinin "Hizbullah"la yaşanan gərginliyə görə təxirə salındığı açıqlanıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, İsrail mətbuatında dərc olunan xəbərdə səfərin naməlum bir tarixə təxirə salındığı bildirilib.
Xəbərdə adı açıqlanmayan bir İsrail rəsmisi, Livanda peycer və radioların partlaması səbəbindən İsrail və "Hizbullah" arasında artan gərginlik səbəbiylə Ostinin səfərinin təxirə salındığını bildirib.
Qeyd edək ki, ABŞ-nin müdafiə naziri Ostinin "Hizbullah"la gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəkdi.
Malik Atilay
çap et