525.Az

Çin diplomatı İsraili Qəzzada tam hərbi qələbə illüziyalarından çəkinməyə çağırıb


 

Çin diplomatı İsraili Qəzzada tam hərbi qələbə illüziyalarından çəkinməyə çağırıb<b style="color:red"></b>

Çin İsraili gücə arxalanmaqdan və Qəzza zolağında tam hərbi qələbə illüziyalarından əl çəkməyə, Livanın suverenliyinə və təhlükəsizliyinə qəsd etməyi dayandırmağa çağırıb.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq cümə axşamı günü BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı brifinqində deyib.

Onun sözlərinə görə, Qəzza zolağında davam edən döyüşlərin təsirləri getdikcə daha aydın görünür, Livan və İsrail regionda sülh və sabitliyi təhdid edən genişmiqyaslı münaqişənin astanasındadır.

“Çin təcili olaraq İsraili gücdən istifadədən və tam hərbi qələbəyə nail olmaq illüziyalarından əl çəkməyə, Qəzza zolağında hərbi əməliyyatları, Livanın suverenliyinə və təhlükəsizliyinə qəsd etməyi dərhal dayandırmağa və regionu növbəti fəlakətə sürükləyə biləcək riskli hərəkətlərdən əl çəkməyə çağırır", - diplomat əlavə edib.

Qenq Şuanq hesab edir ki, Fələstinin təqdim etdiyi və çərşənbə günü BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyasında qəbul edilən qətnamə tarixi mərhələdir. Sənəd İsraildən işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymasını tələb edir, bütün tərəfləri işğalı davam etdirmək üçün İsraili silahlandırmağı dayandırmağa çağırır, beynəlxalq hüquqi nizama hörmət edilməsinin zəruriliyini bir daha təsdiqləyir və “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanan həll yolunun sürətləndirilmiş şəkildə həyata keçirilməsinə çağırır.

Çinli diplomatı bildirib ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, bir ayrı ölkənin mənfi münasibəti ucbatından Fələstin probleminin həlli və ya Qəzza zolağında münaqişənin dayandırılması istiqamətində qəti addımlar ata bilməyib.

Pərvanə Sultanova

 





20.09.2024    çap et  çap et