Hazırda Almaniyada 3,48 milyon insan qaçqın statusunu daşıyır.
525.as xarici KİV-ə istinadən xəbər verir ki, bu, Almaniya tarixində rekord göstəricidir.
Ən çox qaçqın Ukraynadandır. Onların sayı 1,18 milyon nəfərdir.
Saylarına görə sonrakı yerlərdə Suriya və Əfqanıstandan olan qaçqınlar qərarlaşıb.
Qeyd edək ki, ötən ilin dekabrında olan göstəricilərə görə, qaçqınların sayı 60 min artıb. Onların 45 mini ukraynalıların payına düşür.
L.Tağıyeva
çap et