525.Az

“Zəfər tariximizin 23 saatı” kitabının təqdimat mərasimi keçirildi


 

“Zəfər tariximizin 23 saatı” kitabının təqdimat mərasimi keçirildi<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı və şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Tofiq Abdullayevin antiterror əməliyyatında şəhid olmuş kürdəmirlilərə həsr etdiyi “Zəfər tariximizin 23 saatı” adlı kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı 44 günlük Vətən müharibəsində işğal altında olan rayonlarımızın, xüsusilə də Şuşanın azad olunması zamanı keçirdiyimizin sevinc və fəxarət hissindən, bununla yanaşı, ürəyimizdə hamımızı sarsıdan sual dolu bir nisgil və nigarançılıq olan Xankəndi, Xocalı, Xocavəndin vəziyyətindən bəhs etdi. Y.Bhadurqızı nitqinə davam edərək qeyd edib ki, inanırdıq ki, “Mən nəyi nə vaxt və necə etməyi özüm yaxşı bilirəm" deyən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, fədakarlığı, sərkərdəlik və diplomatlıq məharəti, müzəffər ordumuzun rəşadəti, igid əsgər və zabitlərimizin hünər və qəhrəmanlığı sayəsində qalan torpaqlarımız da tezliklə işğaldan azad ediləcək. Belə də oldu: Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə qələbə Bayrağımız ucaldıldı!

Rayon ziyalıları Zeynal Səfəov, AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, 2022-ci ilin sentyabrında Qisas əməliyyatı, 2023-c ilin sentyabrında lokal Antiterror əməliyyatı zamanı cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qələbə ilə başa vurmasını, qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları işğal altında saxladıqları torpaqlarımızdan birdəfəlik təmizlənməsini vurğuladılar. Natiqlər eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək yazıçı, publisist Tofiq Abdullayevin 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı zamanı canını Vətən üçün fəda etmiş kürdəmirli şəhidlərə həsr etdiyi “Zəfər tariximizin 23 saatı” kitabının məziyyətlərindən ətraflı bəhs etdilər.

Təqdimat mərasimində çıxış edən şəhid İslam Dünyamalıyevin anası Gülşən Dünyamalıyeva, şəhid Murad Eyyubovun atası Bəxtiyar Eyyubov, şəhid Vüsal Əhmədovun əmisi Allahyar Əhmədov, şəhid Eltun Yunusovun anası Nailə Yunusova, şəhid Toğrul Əliyevin həyat yoldaşı Çinarə Əliyeva çıxış edərək şəhidlərin  qısa, lakin şərəfli ömür yolunu əks etdirən kitabı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı və kitabın müəllifi və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Mirmahmud Mahmudov Antiterror əməliyyatınin baş tutduğu 23 saat ərzində rəşadətli ordumuzun Azərbaycan ərazisinin bütövlüyünü tam təm etməsi və bununla eyni zamanda dünyaya hərb dərsi keçməsini və bu günün ölkə Prezidentinin 19 sentyab 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi günü elan olunmasından bəhs etdi. , Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlu çıxış etdilər.

Tədbirdə qəhrəman şəhidlərə həsr olunan videoçarxlar, məktəblilərin söylədiyi şeirlər alqışlarla qarşılandı.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi Tofiq Abdullayev onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçısı olan Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Xaqani Şirvani adına Aran regional filialına və iştirakçılara öz minnətdarlığını bildirdi. Sonda “Zəfər tariximizin 23 saatı” kitabı şəhid ailələrinə hədiyyə edildi.

 





21.09.2024    çap et  çap et