525.Az

"Turan Tovuz"un mövsümdə ilk məğlubiyyəti


 

"Turan Tovuz"un mövsümdə ilk məğlubiyyəti<b style="color:red"></b>

Misli Premyer Liqasında 7-ci tur davam edir.

525.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Araz-Naxçıvan" ən azı sabah keçiriləcək "Səbail" - "Sabah" oyununun yekun nəticəsinə qədər 3-cü pilləyə yüksəlib. "Turan Tovuz" bu mövsüm ilk dəfə uduzub. Komanda bununla da yenidən lider olmaq şansını itirərək 2-ci pillədə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 1:2 

Qollar: Ramon Maçado, 44 (0:1), Abbas Qüseynov, 48 (1:1), Felipe Santos, 55 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlə
r: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

20 sentyabr

"Qarabağ” – “Neftçi” - 4:0

“Kəpəz” – “Şamaxı” - 0:2

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Leandro Andrade ("Qarabağ") - 3 qol

 

 





21.09.2024    çap et  çap et