525.Az

İsraildən “Hizbullah”a yeni hücum dalğası


 

İsraildən “Hizbullah”a yeni hücum dalğası<b style="color:red"></b>

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İlkin məlumat: İsrailin Müdafiə Ordusu hazırda Livanda "Hizbullah" terror təşkilatına aid hədəflərə zərbələr endirir", - xəbərdə deyilir.

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun hava hücumlarının ilk dalğası zamanı “Hizbullah”ın hədəfləri, o cümlədən İsrail ərazisini atəşə tutmağa hazır olan çoxlu sayda atəş qurğuları vurulub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

 





22.09.2024    çap et  çap et