525.Az

İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb


 

İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb<b style="color:red"></b>

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

525/az “Report” a istinadən xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.

 





22.09.2024    çap et  çap et