525.Az

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var


 

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var<b style="color:red"></b>

Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.

525.az “Report”-a istinadən xəbər verir ki, xəsarət alanların 15-i turistdir.

Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş.

İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.

 





22.09.2024    çap et  çap et