525.Az

Qapılarınız heç vədə bağlanmasın! - Aydın Talıbzadədən "525"ə təbrik


 

Qapılarınız heç vədə bağlanmasın! - <b style="color:red">Aydın Talıbzadədən "525"ə təbrik</b> Aydın TALIBZADƏ

Boynuma alıram, “525-ci qəzet”in 20 yaşını vaxtında qutlamağa gecikdim, gəlib lap axırda qatıldım onların bayramına.

Amma eybi yox, “gec olar, güc olar”. Əsas məsələ mənim “525-ci qəzet”ə olan münasibətimin səmimi etirafıdır! Bilmirəm, mən nə dərəcədə düz danışıram, səhv danışıram, ancaq mən elə fikirləşirəm ki, “525-ci qəzet” məmləkətin birinci qəzetidir. Çağdaş dövrümüzdə heç bir digər qəzetin reytinqi onunla müqayisəyə gəlmir. Bu qəzet Azərbaycan ziyalılarının görüş yeridir, onların bir-birilə qiyabi təmas nöqtəsidir. “525-ci qəzet” cəmiyyəti birləşdirən qəzetdir; hamının qəzetidir, barış qəzetidir, dostların qəzetidir. Elə isə yum yerəlim, xanım: Azərbaycan durduqca var olasınız! Qapılarınız heç vədə bağlanmasın! Səhifələriniz məqaləsiz, imzasız qalmasın! Pisi pis, əyrini əyri, düzü həmvar yazasınız! Oxucunuz bol olsun, yaşınız da 100!
 





15.11.2012    çap et  çap et