525.Az

Tramp növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək


 

Tramp növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək<b style="color:red"></b>

ABŞ-da sabiq prezident və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa, 2028-ci ildə keçiriləcək növbəti seçkidə yenidən namizədlik irəli sürməyəcək.

525.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə “Full Measure” verilişinin efirində danışıb.

Aparıcının bu haqda sualına "Xeyr, irəli sürməyəcəm", - deyə cavab verən respublikaçı nümizəd seçkilərdə uğur qazanacağına ümid etdiyini bildirib.

 





22.09.2024    çap et  çap et