525.Az

Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib


 

Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib<b style="color:red"></b>

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) yanında Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

Məlumata görə, Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinə iki müavin də təyin edib - Marat Jumabayev və Almas Naymantayev.

M.Jumabayev eyni zamanda Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə də təyin edilib.

 





23.09.2024    çap et  çap et